"Mən bu gün tamaşaçı sevgisini görüb bir daha əmin oldum ki, deməli, kinonun içində olmağa, ömrümü kinoya həsr etməyimə dəyərmiş".
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xalq artisti, kinorejissor Vaqif Mustafayev Nizami Kino Mərkəzində 70 illik yubileyi münasibətilə keçirilən yaradıcılıq gecəsində deyib.
O bildirib ki, filmlərində Qarabağın azad olunmasına dair nüanslar hələ 90-cı illərdən olub: "Bu gün isə artıq bu məsələ öz həllini tapıb".