Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar bu gün Sumqayıt şəhərinin bir hissəsinə, Yeni Yaşma, Hacı Zeynalabdin Tağıyev, Müşviqabad qəsəbələrinə, Abşeron rayonunun kiçik bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.
Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.