"Azərbaycan proaktiv, düşünülmüş, haqlı və hüquqa uyğun addımlar atan kimi, qarşı tərəf çaşır, bir müddət yığdıqları PR üstünlüyü darmadağın olur".
"Unikal" xəbər verir ki, bunu REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, indi heç nə lazım deyil, ermənilərin özlərinin, “biz acından ölərik, türk unu yemərik” tipli bəyanatlarını, video çıxışlarını, media açıqlamalarını 10-15 dilə tərcümə edib yaymaq kifayətdir:
"Bu sözlərdə faşizm, nifrət, axmaqlıq, bu günə qədər apardıqları “acından oboy yeyirik” tipli yalançı təbliğatlarının darmadağın olması - yəni, bizə üstünlük qazandıracaq hər şey var. Özümüz səhv etməsək, ermənilərin istənilən açıqlaması bizim xeyrimizə işləyəcək. Ona görə ki, ağızlarını açan kimi faşist təfəkkürləri, geridəqalmış dünya görüşləri və yalanları üzə çıxır".
Seymur Əli