Tanınmış vəkil Zibeydə Sadıqova barədə Vəkillər Kollegiyasına şikayət daxil olub.
“Unikal” xəbər verir ki, bu barədə vəkil sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, ötən gün Vəkillər Kollegiyasından zəng edərək onu hansısa şikayətlə bağlı rəyasət heyətinin cümə günü keçiriləcək iclasına çağırıblar.
“Vəkillər Kollegiyasından zəng edib məni 5-ci gün keçiriləcək Rəyasət Heyətinin iclasına çağırıblar. Səbəbini soruşanda isə barəmdə rəy verildiyini bildirdilər. Rəyi istəyəndə isə deyirlər ki, Kollegiyadan imza edib götürə bilərəm. İclasa 2 gün qalıb indi xəbər tuturam ki, barəmdə rəy var imiş, barəmdə intizam tədbiri görmək istəyirlərmiş", - deyə Z. Sadıqova qeyd edib