Vətən müharibəsində şəhid olan Elnur Şirinzadənin anası Gültəkin Şirinova vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Qeyd edək ki, E.Şirinzadə 1998-ci ildə Yevlax rayonunda anadan olub. O, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində savaşıb. Elnur Şirinzadə oktyabrın 13-də şəhid olub. Yevlax rayonunun Şəhidlər Xiyabanında dəfn olunub. "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.