Tanınmış aparıcı Rövşanə Ağasəfqızı “Space TV”dən çıxarılıb.
“Unikal” xəbər verir ki, bu barədə aparıcı sosial şəbəkədə yazıb.
“Bu gündən çox uzun illər calışdığım "Space"TV ilə yollarım ayrıldı. Artıq söz yazmayacağam, nəsə söyləməyəcəyəm. Hamimiza uğurlar.... İş təkliflərini bu gündən dəyərləndirmək olar”, - deyə aparıcı qeyd edib.
Rövşanənin həmkarı Afaq Vasifqızının sözlərinə görə, aparıcı kanal rəhbərliyi tərəfindən heç bir səbəb göstərilmədən işindən çıxarılıb.
“Hamı bilir ki, bütün kanallar artıq avqustun 15-dən yeni setkanı hazırlayıb anons çəkirlər. Heç bir kanalın setkasında yarımca saatlıq da boş yer tapmazsan. Bir aparıcıya qarşı belə bivaxt (həm də biinsaf) qərar vermək tək peşə sferasında deyil, sırf insani müstəvidə də diletantlığın bariz nümunəsidir. Özəl şirkət təbii ki, əməkdaşları ilə sağollaşa bilər. Amma vaxtında. Ötən mövsümün sonunda! Yeni mövsümə bir gün qalmış yox!”,- deyə A.Vasifqızı yazıb.