Ukraynanın işğalı ilə başlayan embarqo və sanksiyalara görə qlobal maliyyə bazarından təcrid olunan Rusiya yeni axtarışlara başlayıb. İllərdir kommunist sistemi ilə idarə olunan Rusiya maliyyədə İslam kapitalına “yaşıl” işıq yandırıb. Sentyabrın 1-dən Rusiya ilk dəfə İslam bankçılığı sisteminə qədəm qoyub. 

"Unikal" xəbər verir ki, Rusiya ilk dəfə olaraq İslam bankçılığı sistemi üçün uyğunlaşma prosesinə başlayıb. Müsəlman əhalisinin sıx olduğu Başqırdıstan, Dağıstan, Tatarıstan və Çeçenistanda İslami faizsiz maliyyələşdirmə üçün sınaq müraciətinə start verilib. Yeni sistemlə banklara faiz tətbiq edilməyəcək, ödənişlərdə spirtli içki, tütün və donuz əti satışı ilə bağlı maliyyə investisiyalarından istifadə edilməyəcək. 

Bəzi dairələrdə ən azı 3 trilyon dollarlıq qlobal ölçüsü olan İslam bankçılığı sisteminin 2 il ərzində sürətlə böyüməsi gözlənilir. Əslində, Rusiyanın ən böyük bankı olan və bir zamanlar DenizBank-ın sahibi kimi tanınan Sberbank-ın baş vitse-prezidenti Oleq Qaneev keçən ay “İslam ekosistem bazarı 2025-ci ilə qədər qlobal miqyasda 7,7 trilyon dollar dəyərə çatacaq” demişdi.