Sentyabrın 1-dən Fransa hökumətinin pensiya islahatları çərçivəsində qəbul etdiyi və böyük ictimai etirazlara səbəb olan bir sıra qərarları qüvvəyə minir. 

"Unikal" xəbər verir ki, əsas dəyişikliklərdən biri pensiya yaşının artırılması olacaq.
Payızın əvvəlindən tam ödənişlər almaq üçün minimum pensiya yaşı 62 deyil, 62 yaş üç ay olacaq. 

Hakimiyyət orqanlarının planlaşdırdığı kimi, bu hədd hər il üç ay artacaq və 2030-cu ilə qədər bu göstərici 64 yaşa çatdırılacaq.

Bundan əlavə, Fransa vətəndaşları tam pensiya almaq üçün daha çox işləməli olacaqlar, çünki əksər pensiya sistemləri üçün tələb olunan iş stajı 2027-ci ilə qədər 42 ildən 43 ilədək artacaq.

Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron aprelin 15-də pensiya islahatları ilə bağlı fərman imzalayıb və bundan sonra ölkənin hər yerində etiraz aksiyaları keçirilib.