Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti, Əməkdar artist Aliyə Ramazanova vəfat edib.
“Unikal”ın məlumatına görə, rəqqasə Fatimə Fətəliyeva müəlliminin ölümü ilə bağlı sosial şəbəkədə paylaşım edib.
“Yaxşılar bu həyatdan vaxtsız köçür. Mənim uşaqlığım, gəncliyim, mənə rəqsin nə olduğunu öyrədən əsl müəllim… Bu həyatda ən böyük itkilərimdən biri oldu. Mənə həyat dərsini öyrədən insan, qazandığım çörəyi, məşhurluğu sizə borclu idim. Çox sarsıldım”, - deyə Fatimə yazıb.