Türkiyənin Dənizli şəhərinin Honaz rayonunda ağır yol qəzası baş verib.

“Unikal” Türkiyə mediasına istinadən xəbər verir ki, qumla dolu yük maşını dəmir baryeri sındıraraq orta yola çıxıb və toydan gələnlərin olduğu avtobusa çırpılıb.

Qəzada 1-i polis olmaqla 6 nəfər ölüb, 43 nəfər yaralanıb. 

Ölənlərdən üçünün şəxsiyyəti məlum deyil.