Türkiyəli aktrisa Demet Özdemir bu il Venesiya Film Festivalı çərçivəsində keçirilən 21-ci Kineo Mükafat Mərasiminə qatılıb.
“Unikal” xəbər verir ki, aktrisa “Ən yaxşı aktrisa” nominasiyası üzrə mükafat alıb. Demet qırmızı xalıya qiyməti 180 min lirə olan qırmızı ətəklə çıxıb.
Sosial şəbəkə izləyiciləri 31 yaşlı aktrisanın geyimi ilə bağlı müxtəlif fikirlər səsləndiriblər. Bəziləri ətəyi “zərif”, bəziləri isə “zövqsüz” adlandırıblar.