“Həkimlər səhvən Alekseyin ölümünü xəbər verdilər, o, sağdır və komada reanimasiyadadır”.
“Unikal” xəbər verir ki, bu barədə aktyor Aleksey Yaninin həyat yoldaşı Daria Yanina “VKontakte” sosial şəbəkəsində bildirib.
"Dostlar., bu sadəcə ürəkdən gələn fəryaddır. Bu gün ailəmizin başına dəhşətli, qəddar bir vəziyyət gəldi. Səhər N.V. Sklifosovski adına Təcili Tibbi Yardım İnstitutunun nümayəndələrindən aldığımız xəbər səhv oldu”, - Daria yazdı.
Onun sözlərinə görə, Aleksey komada ağır vəziyyətdə olsa da, sağdır.
2015-ci ilin yazında Yanin 32 yaşında hemorragik insult keçirib. İnsultun ağır nəticələrinə görə aktyorun beynində hematoma yaranıb. Həkimlər Yanini bir neçə dəfə əməliyyat ediblər, o, komaya düşüb. 2015-ci ilin yayında aktyorun vəziyyəti yaxşılaşmağa başlayıb, o, özünə gəlib və reabilitasiya prosesinə başlayıb.