Ağsuda dağlıq ərazidə yanğın baş verib.

"Unikal" xəbər verir ki, Ağsu rayon Keşdiməz kəndində dağlıq ərazidə  yanğın baş verib. Yanğın yerinə Ağsu YMH -dən yanğınsöndürən texnikalar və canlı qüvvə cəlb olunub. Hal- hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Seymur Əli