ABŞ prezidenti Co Bayden yaşı ilə bağlı deyilənləri şərh edərək illər keçdikcə yalnız müdrikləşdiyini və siyasi fəaliyyətini davam etdirəcəyini bildirib.

“Unikal” “İnterfaks”a istinadən xəbər verir ki, o, qocaldığını deyənlərə belə cavab verib: 

“Bəziləri dedi, Bayden qocalır. Ancaq artan yaşla gələn yeganə şey bir az müdriklikdir”.

O, öz işini hamıdan daha çox gördüyünü və ABŞ vətəndaşlarının köməyi ilə bunu davam etdirməyi planlaşdırdığını vurğulayıb.

Qeyd edək ki, 20 noyabr 2023-cü ildə Baydenin 81 yaşı tamam olacaq.

Nuranə Abbasova