ABŞ prezidenti Co Bayden evinin təhlükəsizlik qüvvələri tərəfindən "dağıldığını" söyləyib. 

"Unikal" xəbər verir ki, o, bu barədə Rehoboth Beach şəhərindəki Müqəddəs Edmund kilsəsini ziyarət etdikdən sonra jurnalistlərlə söhbətində bildirib, görüşün xülasəsi  Ağ Evin saytında dərc edilib.

"Yeri gəlmişkən, bu gün yalnız bir günlük burada olmağımın səbəbi var. Çünki mənim gedə biləcəyim ev yoxdur. Mühafizə xidməti evimi yaxşı mənada dağıdıb”, - deyə dövlət başçısı bildirib.

Amerika liderinin sözlərinə görə, onlar bunu “təhlükəsizlik naminə” ediblər.

Seymur Əli