Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərindən sonra, bu gün Nazirlər Kabinetinin iclasını keçirəcək.

"Unikal" xəbər verir ki, bu gün Beştəpədə keçiriləcək toplantıda Soçidəki görüş müzakirə ediləcək. 

 Daxili və xarici siyasətdə baş verən hadisələrlə yanaşı, iqtisadiyyatdakı son vəziyyət də müzakirə mövzusu olacaq.

Ərdoğan sentyabrın 9-10-da Hindistanda keçiriləcək G20 liderlərinin sammitində iştirak edəcək. Daha sonra o, sentyabrın 17-21-də keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası üçün ABŞ-yə gedəcək. Sözügedən səfərlərdən də iclasda bəhs ediləcək. 

Ağarza Elçinoğlu