Qubada avtomobilin çaya aşması nəticəsində ölən gənc qız qaçırılıbmış.

"Unikal" “Qafqazinfo”ya istinadən xəbər verir ki, 23 yaşlı İ.Səfərli Rustov kəndinə qonaq gəlib. 

Onu qaçıran iki nəfərdən biri ilə qızın sevgi münasibətinin olduğu bildirilir. Üçüncü şəxs isə oğlanın dostu olub. 

İlkin məlumata görə, qəza İ. Səfərlinin qohumları onun getməsinə etiraz edərək avtomobili təqib edərkən baş verib. 

Faktla bağlı araşdırma aparılır.

***09:34

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Nügədi kəndi ərazisində qeydə alınıb. "Hyundai" markalı nəqliyyat vasitəsi idarəetmə itirərək körpüdən aşıb. Qəza nəticəsində maşında olan bir nəfər qadın dünyasını dəyişib, 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.