Moskvanın "Raduqa" kinoteatrı Hollivud istehsalı olan məşhur filmlərin premyeralarını dəyişdirilmiş adlarla təqdim edib.
"Unikal" xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.
Söhbət "Oppenheimer" və "Barbie" filmlərindən gedir. Belə ki, onların "yeni adları" isə "Дубак" и "Быстрые свидания"dır.
"Raduqa" kinoteatrı "Oppenheimer"i sentyabrın 7-də, "Barbie" isə sentyabrın 9-da təqdim edəcək. Rusiya Mədəniyyət Nazirliyi bildirib ki, “Barbie” və “Oppenheimer” “ənənəvi dəyərlərin qorunması vəzifələrinə” cavab vermir.
Oppenheimer amerikalı fizik və atom bombasının yaradıcısı Robert Oppenheimer (Cillian Murphy) haqqında bioqrafikdir. Filmin premyerası 21 iyul 2023-cü ildə baş tutub.
Margot Robbie və Rayan Gosling ilə birlikdə "Barbie"nin buraxılışı iyulun 19-da baş tutub. Və təkcə ilk həftəsonunda filmin kassası 356 milyon dollar təşkil edib.Məşhur kuklanın kuklalar ölkəsindən qaçması ilə bağlı lent artıq 2023-cü ildə ən yüksək gəlir əldə etməyi bacarıb.
Gülayə Mecid