Rusiyalı müğənni MakSimin (əsl adı Marina Abrosimova) 1 milyon 51 min rubl (təxminən 18 min 372 manat) vergi borcunun olduğu ortaya çıxıb.
"Unikal" xəbər verir ki, bu səbəbdən ifaçının adı Rusiyanın Federal Vergi Xidmətinin qara siyahısına düşüb.
Bildirilib ki, MakSim ödənişi gecikdirərsə, idarə məhkəmə icraçılarına müraciət edəcək. Bununla da ifaçının hesablarına, əmlakına həbs qoyulacaq və xaricə səyahəti qadağan ediləcək.