Rejissor Kristofer Nolan son 25 ilin ən yaxşı rejissoru seçilib.

"Unikal" xəbər verir ki, bu, "Rotten Tomatoes" saytının oxucuları arasında keçirilən sorğu əsasənda müəyyən olunub. Belə ki, sorğuya 1998-ci ildən bu yana debüt edən 64 kinorejissorun adı daxil edilib. Yekun səsvermədə 30 minə yaxın insan iştirak edib. İkinci yerdə kanadalı rejissor Denis Vilneuve qərarlaşıb.

Qeyd edək ki, Nolan son olaraq izləmə rekordları qıran "Oppenheimer" filminin rejissoru olub.