Son bir neçə gündə Aİ-nin Monitorinq Missiyası Azərbaycan-Ermənistan sərhəd bölgələrində artan gərginliyi narahatlıqla izləyib.

"Unikal" xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı Monitorinq Missiyası “X” hesabında (keçmiş Twitter) bildirib.

Qeyd olunur ki, Brüssel sərhəddəki vəziyyətlə bağlı məlumatlandırılıb.

“Patrullarımız hərbi və təhlükəsizlik sahəsindəki son vəziyyət barədə Aİ-yə məlumat vermək üçün sərhəd bölgələrini və qarşıdurma xətlərini əhatə edir”, - paylaşımda deyilir.