İraqda iranlı zəvvarları daşıyan avtomobil qəzaya düşdü. 

"Unikal" xəbər verir ki, İranın Qızıl Aypara Cəmiyyətinin Fövqəladə Əməliyyatlar üzrə Nəzarət və Koordinasiya Mərkəzinin direktoru Hüseyn Derəxşan İraqın Bəsrə şəhərində iranlı zəvvarları daşıyan iki avtomobilin qəzaya uğradığını açıqlayıb. 

Onun sözlərinə görə, qəza dünən gecə saatlarında baş verib. 

Hadisə nəticəsində 10 ölü, 3 yaralının olduğu bildirilir. Ölü və yaralılar İranla sərhəddə Şələmçə şəhərinə aparılıb.