Müəllimlərin orta aylıq əməkhaqqı açıqlanıb.

"Unikal" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili bağlı media üçün keçirilən brifinqdə məlumat verib.

O bildirib ki, 2023-cü ilin sentyabr ayı üçün bu məbləğ 830 manat təşkil edib.

"Sertifikatlaşdırma imtahanları keçirildikcə, müəllimlərin əməkhaqqılarına əlavələr olunacaq və bu da orta əmək haqqıların artmasına gətirib çıxaracaq. 2023-cü ilin fevralında bu rəqəm 790 manat olmuşdu".