Nazir sertifikasiya imtahanından kəsilən 743 müəllimin əmək müqaviləsinə xitam verilməsinə də münasibət bildirib.

"Unikal"ın məlumatına görə, elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, ümumi təhsil səviyyəsində 700-dən çox müəllimin əmək müqaviləsinə xitam vermək onlar üçün də ağırdır. 

"Amma başqa yol yoxdur", - deyə nazir vurğulayıb.