Rusiya Ermənistanla hərbi və siyasi əməkdaşlığı gücləndirməkdə davam edəcək.

"Unikal" xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib .

“Biz hərbi və siyasi əməkdaşlığımızı gücləndirməyə davam edəcəyik. Bu, bizim müttəfiqimizdir və təhlükəsizlik sahəsində biz bir-birimizə arxalanırıq. Əminəm ki, bu sabitlik gələcək illər üçün ikitərəfli münasibətlərimizdə həlledici olacaq”.

Sentyabrın 5-də Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Moskva İrəvanla konstruktiv münasibətləri yüksək qiymətləndirir, lakin Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı missiyasını yerinə yetirə bilməməsi ilə bağlı fikri ilə razılaşa bilmir.

Sentyabrın 2-də axşam İtaliyanın “La Repubblica” qəzeti Paşinyanın müsahibəsini dərc edib. Orada o, Rusiyanın tədricən Cənubi Qafqazdan çəkildiyini bəyan edib.

Daha sonra Rusiyanın diplomatik mənbəsi bildirib ki, bu məqsədə çatmaq üçün Ermənistandan vasitə kimi istifadə edərək Rusiyanı Cənubi Qafqazdan süni şəkildə çıxarmağa cəhd edilir .