Ermənistanın Belçikadakı səfiri Tiqran Balayan Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyinin “X” sosial şəbəkəsindəki səhifəsini izləməyə başlayıb.

"Unikal" xəbər verir ki, Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyi bununla bağlı paylaşım edərək yazıb: 

“Cənab səfir Tiqran Balayan, Azərbaycan səfirliyinin hesabına xoş gəlmisiniz. Özünüz üçün çoxlu aydınladıcı və düşündürücü məlumatlar tapacaqsınız”.