Güclü külək və leysan Oğuzda fəsadlar törədib

"Unikal" xəbər verir ki, rayonun Filfilli kəndində gecə saatlarında başlayan güclü leysan yağışı fəsadlar törədib. Filfilli çayına yaxın olan 3 evin həyətyanı divarını sel dağıdıb. Kəndin daxili yollarına sel ziyanlıq vurub.

Bundan başqa rayonun Mollalı kəndindən də sel keçib. Kəndə gedən körpünün altını sel suları dağıdıb. Nəticədə təhlükəli vəziyyət yaranıb.

Seymur Əli