Xalq artisti Arif Babayev Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri vəzifəsindən azad edilib. 

Bu barədə "Unikal"a sənətkar özü məlumat verib. 

O, deyib ki, özünün istəyi ilə vəzifəsindən uzaqlaşdırılıb: "Bu barədə əmri rektorumuz verir. İkinci bir tərəfdən də artıq gücüm çatmır. Amma yenə də professor kimi orda qalıram". 

Xalq artisti hazırda səhhətinin normal olduğunu bildirib. 

Ağarza Elçinoğlu