Fransa prezidenti Emmanuel Makron Parisdə keçiriləcək Olimpiya Oyunlarında Rusiya bayrağının nümayişinə icazə ver

"Unikal" xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron L'Equipe qəzetinə müsahibəsində  26 iyul - 11 avqust 2024-cü il tarixləri arasında Parisdə keçiriləcək Olimpiya Oyunları ilə bağlı qiymətləndirmələr edib.

“Paris Olimpiya Oyunlarında Rusiya bayrağı ola bilməz”. Makron iddia edib ki, Rusiyanın “müharibə cinayətləri törətdiyi bir vaxtda 2024-cü il Olimpiadasında yeri yoxdur”.

Makron bəyan edib ki, rusiyalı idmançıların Olimpiya Oyunlarında fərdi iştirakı ilə bağlı qərar Beynəlxalq Olimpiya Komitəsinə məxsusdur.

"Olimpiya dünyasının həll etməli olduğu əsas məsələ bəzən ömürlük hazırlaşan və həm də bu rejimin qurbanına çevrilə bilən bu rusiyalı idmançılara hansı yeri verilməsidir", - Emmanuel Makron bildirib.