Ədliyyə Nazirliyi Azərbaycan Demokrat Partiyasının (ADP) və Böyük Azərbaycan Partiyasının (BAP) dövlət qeydiyyatına alınması ilə bağlı müraciətinə cavab verib.
"Unikal" xəbər verir ki, ADP və BAP dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Böyük Azərbaycan Partiyasının sədri isə Elşad Musayevdir.