İran Azərbaycana hücum etmək üçün ordusuna “hazır ol” əmri verib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Araşdırmaları İnstitutu (RUSEN) məlumat yayıb.

Bu şok iddia qurumun “X” platformasındakı hesabında paylaşılıb:

“İranın şimal-qərbindəki ordusu Azərbaycanın Zəngəzur dəhlizini açmaq üçün Ermənistanla toqquşmaya girəcəyi təqdirdə, əks-hücum əməliyyatına başlamaq üçün hazırlıq görür”.

Qeyd edək ki, sözügedən iddia sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib.