Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bəyan edib ki, Ukrayna-Rusiya müharibəsi başlayandan (24 fevral 2022-ci il) Ukraynada səhiyyə ocaqlarına 1147 hücum törədilib.

"Unikal" xəbər veirr ki, "X" sosial media platformasındakı paylaşımında Ukraynanın Konstantinovka şəhərində çox sayda mülki vətəndaşa təsir edən hücumdan kədərləndiyini dilə gətirən Qebreyesus deyib: "Ürəyim hücuma məruz qalan insanların yanındadır.

2022-ci ilin fevral ayında başlayan müharibədən sonra Ukraynada sağlamlıq mərkəzlərinə 1147 hücum olduğu təsdiqlənib. Bu hücumlarda 104 adam ölüb, 151 nəfər yaralanıb. Bu, ÜST-nin indiyədək istənilən fövqəladə humanitar hadisədə qeydə aldığı hücumların ən yüksək sayıdır. Sağlamlığa və mülki şəxslərə hücumlar heç bir yerdə qəbuledilməzdir və dayandırılmalıdır".