Polis adından “kuryer”lik edən 5 terrorçu zərərsizləşdirildi.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib. O, qeyd edib ki, Diyarbəkirdə həyata keçirilən əməliyyatda bombalı hücum hazırlayan 5 terrorçunun zərərsizləşdirildiyini bildirib.

Ə.Yerlikayanın sosial media hesabında yer alan yazıya görə, Təhlükəsizlik Baş İdarəsinin (EGM) koordinasiyası üzrə həyata keçirilən əməliyyat çərçivəsində Diyarbəkirdə ələ keçirilən bombalı hücum hazırlığında olan 5 terrorçunun polisin adından “kuryer” kimi fəaliyyət göstərdiyi müəyyən edilib.

Terrorçuların iqamətgahlarında partlayıcı maddələr və silahlar ələ keçirilib.

Türkiyənin daxili işlər naziri əməliyyatı həyata keçirən bölmələri təbrik edərək deyib: "Biz zərrə qədər insanlığı olmayan xainlərə heç vaxt rəhm etməyəcəyik. Terror bitənə qədər mübarizəmiz sürəcək".