Mordoviya rəhbəri Artem Zdunov Vladimir Putinlə görüşdə Kremldə biabır olub.

"Unikal" xəbər verir ki, rayon rəhbəri həyəcanlanıb və Rusiya prezidentini ya “Antoniç”, ya da “Anatolyeviç” adlandırıb.

İnternetdə Putinlə Zdunov arasında keçirilən görüşün videosu yayılıb. Kadrda Mordoviya rəhbəri masa arxasına əyləşərək prezidenti salamlayıb.

Putinə müraciət edən Zdunov Mordoviyanın sosial-iqtisadi inkişafının müzakirəsini təklif edib.

 "Hörmətli Vladimir Antonoviç, Mordoviyada necə işlədiyimiz, necə yaşadığımız barədə məlumat vermək imkanınız üçün təşəkkür edirəm" deyə söhbətə başlayıb.

Prezidentin reaksiyası isə pərdə arxasında qalıb.