İran-Azərbaycan Birgə Hərbi Komissiyası iki qonşu dövlət arasında müvafiq sahədə əlaqələrin gücləndirilməsi məqsədilə şənbə günü Azərbaycanın paytaxtı Bakıda iclas keçirəcək.
"Unikal"
xəbər verir ki, bundan əvvəl İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla telefon danışığında ikitərəfli münasibətlərin və hərbi-müdafiə əməkdaşlığının inkişafını vurğulamışdı.

O, İran Silahlı Qüvvələrinin birgə hərbi komissiyanın iclasında iştirak etməyə tam hazır olduğunu bildirib və vurğulayıb ki, birgə sərhədlərdə sülh və təhlükəsizliyin yayılması yalnız qonşu dövlətlər arasında birlik və dostluq şəraitində mümkündür.

O əlavə edib ki, bölgədə əcnəbilərin olması gərginliyə və münaqişəyə səbəb olacaq.

Bununla əlaqədar olaraq, briqada generalı Əhədinin başçılığı ilə İran Silahlı Qüvvələrinin yüksək rütbəli nümayəndə heyəti qarşılıqlı müdafiə və hərbi əməkdaşlığı gücləndirmək məqsədilə şənbə günü sentyabrın 9-da Azərbaycan Respublikasına səfər edəcək.

Nümayəndə heyətinə müdafiə nazirinin müavini və Silahlı Qüvvələrin Maddi-Texniki Təminatı üzrə briqada generalı Seyid Mehdi Fərrahi də daxildir.