Türkiyənin Muğla sahillərində həyata keçirilən əməliyyatlar zamanı son 4 gündə qeyri-qanuni yollarla ölkəni tərk etməyə cəhd edən 41 FETÖ/PDY üzvü yaxalanıb.

"Unikal" xəbər verir ki, Muğla İl Təhlükəsizlik Müdirliyi ilə Sahil Mühafizəsi Cənubi Ege Qrup Komandirliyi tərəfindən 3 sentyabr tarixində Fethiye rayonunda ' FETÖ PDY Silahlı Terror Təşkilatına üzv olmaq və immiqrant qaçaqmalçılığı' cinayətinə qarşı həyata keçirilən birgə əməliyyatlarda Fethiye Körfəzi Beynəlxalq sularında yelkənli qayıqla qaçmağa çalışan FETÖ/PDY Silahlı Terror Təşkilatının 14 üzvü yaxalanıb. Bundan əlavə, 2 şübhəli saxlanılıb.

Dəniz yolu ilə xaricə qaçmağa cəhd edən 16 şübhəlidən 10-u həbs olunub, 4-ü məhkəmə nəzarəti altında olmaqla ümumilikdə 6 şübhəli sərbəst buraxılıb.

Sahil Mühafizəsi Cənubi Ege Qrup Komandanlığı və Muğla İl Təhlükəsizlik Müdirliyi qrupları tərəfindən sentyabrın 6-da həyata keçirilən birgə araşdırmada 27 FETÖ/PDY Silahlı Terror Təşkilatının üzvü beynəlxalq sularda qeyri-qanuni yollarla ölkəni tərk edən yelkənli qayıqlarda sahil açıqlarında aşkar edilərək ələ keçirilib.  Tutulan 27 FETÖ/PDY üzvü ilə bağlı məhkəmə prosesinin davam etdiyi açıqlanıb.