Naməlum şəxs Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğunun qarşısına gələrək Qurani-Kərimin ingiliscə nəşrini yerə ataraq təpikləyib.

"Unikal" xəbər verir ki, səlahiyyətlilərdən əldə edilən məlumata görə,Türk Evinin binasının əsas girişinin qarşısına çıxan şəxs əlində tutduğu kitabı yerə ataraq təpikləməyə başlayıb.

Türk Evinin mühafizəçiləri cəld binadan çıxıb, müdaxilə edərək, şəxsiyyəti məlum olmayan şəxsi ərazidən uzaqlaşdırıblar.

Sözügedən kitabın Qurani-Kərimin ingiliscə nəşri olduğu məlum olub. Hadisə ilə bağlı Nyu-York Polis Departamentinin (NYPD) və Diplomatik Təhlükəsizlik Birliyinin (DSS) rəsmiləri ilə əlaqə saxlanılaraq məlumatlandırıldığı qeyd edilib.