Mərakeşdə zəlzələdə ölənləri sayı 1305 nəfərə çatıb, 1830-dan çox yaralı var.

"Unikal" xəbər verir ki, bu barədə Mərakeş Krallığının televiziyası məlumat yayıb. Ölənlərin sayının artacağı istisna edilmir.

Fəlakət zonasında axtarış-xilasetmə işləri davam etdirilir.

***18:36

Mərakeşdə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1037-yə çatıb. 

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, daha 1204 nəfər yaralanıb.

Xatırladaq ki , sentyabrın 8-də Mərakeşdə 6,8 bal gücündə zəlzələ qeydə alınıb.

***16:21

Mərakeşdə baş vermiş 6,8 bal gücündə zəlzələdə ölənlərin sayı artıb. 

"Unikal" "Associated Press"ə istinadən xəbər verir ki, təbiət hadisəsində həlak olanların sayı 800-ü ötüb. Xilasedicilər axtarışları davam etdirir.

Bu, ölkədə son 120 ilin ən güclü zəlzələsi kimi qeydə alınıb. 

"Mərakeş və zəlzələnin episentrinə yaxın 5 əyalətdə 820 nəfər həlak olub, daha 672 nəfər yaralanıb. Zərərçəkənlərdən 250-nin vəziyyəti ağırdır", - Mərakeş Daxili İşlər Nazirliyi açıqlayıb. 

Bildirilib ki, zəlzələnin episentri ətrafındakı dağlıq bölgəyə aparan yollar qayalarla bağlanıb ki, bu da xilasetmə işlərini ləngidir.

***10:49

Mərakeşdə baş verən 6,8 ballıq zəlzələ nəticəsində azı 632 nəfər ölüb. 

"Unikal" xəbər verir ki, bu barədə ölkənin dövlət televiziyası bildirib. Ən azı 329 nəfər yaralanıb.

Ölənlərin çoxunun Mərakeşin cənubundakı əlçatmaz ərazilərdə olduğu qeyd olunub. 

***08:46

Mərakeşin Yüksək Atlas dağlarında 6.8 bal gücündə zəlzələ baş verib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, təbiət hadisəsi nəticəsində 296 nəfər həlak olub. 

Ölənlər Mərakeşdə və cənubdakı bölgələrdə olub. 150-dən çox yaralı müalicə üçün xəstəxanaya aparılıb.

Ağarza Elçinoğlu