Yeni Dehlidə keçirilən G20 sammitində Afrika İttifaqının G20-nin daimi üzvü olduğu açıqlanıb.

"Unikal" xəbər verir ki, bu barədə Hindistanın Baş naziri Narendra Modi bildirib. 

"Biz Afrika İttifaqını G20-nin daimi üzvü kimi alqışlayırıq və əminik ki, onun daxil edilməsi dövrümüzün qlobal çağırışlarının həllinə mühüm töhfə verəcək", - sammitin yekun bəyannamə layihəsində deyilir.

İndi G20-nin 21 üzvü var. 

***10:00

Afrika İttifaqı G20-nin daimi üzvü olacaq. 

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

Bəyanat layihəsində deyilir: "Afrika İttifaqı blokun Yeni Dehlidə keçiriləcək sammitində G20-nin daimi üzvü olacaq".

Ağarza Elçinoğlu