Azərbaycan Prezidenti İlham Əliyev Mərakeş Kralı Əlahəzrət VI Məhəmmədə başsağlığı verib.
"Unikal" xəbər verir ki, başsağlığında qeyd edilib:
"Mərakeşdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Mərakeş xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!"