Ədliyyə Nazirliyi ReAL Partiyasının üzvlərinin reyestrini təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu haqda ReAL Partiyasının icraçı katibi Natiq Cəfərli bildirib.
Qeyd edək ki, bundan əvvəl Yeni Azərbaycan Partiyası, AĞ Partiya, Vətəndaş Həmrəyliyi, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Xalq Partiyası və Müsavat Partiyasının üzvlərinin reyestri təsdiqlənib.
***14:43
Müsavat partiyası qeydiyyata alınıb.
"Unikal" xəbər verir ki, bu barədə partiyanın başqanı Arif Hacılı məlumat verib.
Partiya rəhbəri qeyd edib ki, Ədliyyə Nazirliyi bu barədə ona müsbət cavab verib.