İran İslam Respublikasının prezidenti İbrahim Rəisi telefon danışığı zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın regionda vəziyyəti mürəkkəbləşdirdiyini bildirib. 

"Unikal" xəbər verir ki, İran lideri bu barədə ona zəng edən Paşinyana deyib. 

Qeyd olunub ki, İran prezidenti söhbət zamanı ölkələr arasında “3+3” formatından kənar dialoqun, o cümlədən ABŞ ilə hərbi təlimlərin, həmçinin Paşinyanın həyat yoldaşı Anna Akopyanın Ukraynaya səfərinə eyham vuraraq “şübhəli səfərlər”in arzuolunmaz olduğunu vurğulayıb.

***15:16

Ermənistanın baş naziri Nikol Paşinyanla İran İslam Respublikasının prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.

"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki, regiondakı vəziyyətlə bağlı məsələlər müzakirə olunub. 

Baş nazir gərginliyin azaldılması istiqamətində Azərbaycan prezidenti ilə təcili müzakirələr aparmağa hazır olduğunu bildirib.

Ermənistan-İran ikitərəfli gündəliyi ilə bağlı məsələlər də müzakirə edilib. 

Qeyd edək ki, bu, Paşinyanın Fransa və Almaniya liderlərinə zəngindən sonra gün ərzində üçüncü telefon danışığıdır. 

Ağarza Elçinoğlu