Ermənistanın baş naziri Nikol Paşinyan ilə Gürcüstanın baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub. 

"Unikal" erməni KİV-lərinə istinadla bildirir ki, həmsöhbətlər regionda mövcud vəziyyətlə bağlı məsələləri müzakirə ediblər.

Paşinyan 6 oktyabr 2022-ci il tarixli Praqa və 14 may 2023-cü il tarixli Brüssel razılaşmalarına, eləcə də bütün məsələlərin müstəsna olaraq diplomatik vasitələrlə və konstruktiv atmosferdə həllinə sadiqliyini vurğulayıb.

Gürcüstanın baş naziri bəyan edib ki, regionda sülh və sabitliyin bərqərar olması üçün lazımi səyləri göstərməyə hazırdır. Mövcud problemlərin sülh danışıqları yolu ilə həlli hər iki tərəf tərəfindən vurğulanıb.

Nikol Paşinyan Azərbaycan prezidenti ilə təcili müzakirələrə hazır olduğunu gün ərzində beşinci dəfə təsdiqləyib.

Ağarza Elçinoğlu