9 sentyabr 2023-cü il tarixində Xankəndində keçirilən qondarma "prezident seçkiləri"ni nəzərə alaraq, Avropa İttifaqı bir daha bəyan edir ki, Aİ keçirilən seçkilərdə konstitusiya və hüquqi çərçivəsini tanımır.
"Unikal" xəbər verir ki, bu barədə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Nabila Massrali bildirib.
"Eyni zamanda, Aİ hesab edir ki, Qarabağ ermənilərinin Bakı ilə nəticəyönümlü müzakirələr aparmağa qadir və buna hazır olan de-fakto liderlik ətrafında cəmləşməsi vacibdir. Aİ bu prosesi dəstəkləməyə sadiqdir", - deyə məlumatda qeyd olunur.
Ağarza Elçinoğlu