Şimali Koreya ölkənin yaranmasının 75-ci ildönümünü hərbi paradla qeyd edib. 

"Unikal" xəbər verir ki, mərasimə ölkə lideri Kim Çen In qızı ilə birlikdə qatılıb. 

Şimali Koreyanın dövlət xəbər agentliyi tərəfindən "Liderin ən dəyərli övladı" olaraq xarakterizə edilən Kim Cu-Eyin iştirak etməsi onun vəliəhd şahzadə seçildiyinin göstəricisi kimi şərh edilib.

Mərasimə Rusiya və Çindən nümayəndə heyətləri qatılıb. 

Ağarza Elçinoğlu