Sentyabr ayının 8-də Tbilisi Milli Arxivində güclü yanğın baş verib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, içərisində köhnə filmlərin orijinallarının saxlandığı anbar yandırılıb. 

Arxivdən bildirilib ki, onların hamısı rəqəmsallaşdırılıb, lakin orijinalları artıq mövcud deyil.

Yanğın tam söndürülüb, xəsarət alan olmayıb.

Yanğının səbəbi hələlik məlum deyil. 

Ağarza Elçinoğlu