NATO ölkəsinin Cənubi Qafqaza soxulmağa çalışmasında yaxşı heç nə yoxdur.

"Unikal" xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov sentyabrın 11-20-də keçirilməsi planlaşdırılan Ermənistan-ABŞ hərbi təlimlərinə münasibət bildirərkən deyib.

Lavrov vurğulayıb ki, İrəvanın KTMT çərçivəsində təlimlərdən imtina etməsini nəzərə alsaq, Ermənistan və ABŞ arasında təlimlər qəribə görünür: "Rusiya Federasiyası Ermənistanın ABŞ-la hərbi təlimlər keçirmək niyyətindən təəssüflənir".

Rusiya XİN başçısı ümid edir ki, Ermənistanın xarici siyasətində Rusiya qarşısında müttəfiqlik öhdəlikləri üstünlük təşkil edəcək.