"Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) qərar qəbul edən və təhlükəsizliyi təmin edən tərəflərin razılığı ilə Qarabağa yüklərin çatdırılması üçün istənilən yoldan istifadə etməyə hazırdır".

"Unikal" xəbər verir ki, bunu  BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib. O qeyd edib ki, komitə Laçın yolu ilə tibbi evakuasiya həyata keçirir və “çox məhdud miqdarda” dərman və ərzaq məhsulları daşıyır.

“BQXK hər hansı əməliyyatı həyata keçirməzdən əvvəl onu mütləq müvafiq qərar qəbul edən şəxslərlə əlaqələndirir, məlumat paylaşır və razılıq aldıqdan sonra fəaliyyətə başlayır. BQXK istənilən yoldan qərar qəbul edən tərəflərlə razılaşma olduqda və daşımaların təhlükəsizliyi təmin olunarsa, istifadə etməyə hazırdır”, - BQXK-nın ofisinin rəsmi nümayəndəsi bildirib.

Qrum rəsmisinin sözlərinə görə, BQXK hazırda Laçın yolu ilə tibbi evakuasiya həyata keçirir və “çox məhdud miqdarda” dərman və ərzaq daşınır.

Xatırladaq ki, bu gün səhər Rusiya Qızıl Xaç Cəmiyyətinin humanitar yardımı Ağdam-Xankəndi yolu ilə Qarabağa çatdırılıb. Bundan əvvəl humanitar yük daşıyan yük maşını Azərbaycanın Bərdə şəhərində iki gün dayanıb.

Bundan sonra Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bakının BQXK-nın köməyi ilə Qarabağa humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi marşrutuna paralel Laçın yolunun açılmasına hazır olduğunu təsdiqləyib. Eyni zamanda, sərhəd və gömrük prosedurlarına əməl olunması şərt kimi irəli sürülüb.