Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Inın şərəfinə verilən rəsmi şam yeməyi zamanı iki ölkə arasında dostluğun möhkəmləndirilməsi, iki xalqın rifahı və Şimali Koreya liderinin sağlamlığı üçün badə qaldırıb.

"Unikal" xəbər verir  ki, bu barədə TASS məlumat yayıb.

“Ölkələrimiz arasında, Rusiya Federasiyası ilə Koreya Xalq Demokratik Respublikası arasında dostluq və əməkdaşlığın daha da möhkəmlənməsi, xalqlarımızın rifahı və firavanlığı, yoldaş sədrin sağlamlığı üçün bir tost təklif etmək istərdim”, - Rusiya prezidenti bildirib.

***12:52

Rusiya prezidenti Vladimir Putin “Vostoçnı” kosmodromunda iki ölkə liderlərinin danışıqlarından sonra Şimali Koreya lideri Kim Çen Inın şərəfinə rəsmi şam yeməyi verib.

"Unikal" xəbər  verir  ki, bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, iki liderin menyusuna əncir və nektarinli ördək salatı, göbələk və kartof ilə nərə balığı, Kamçatka xərçəngi ilə köftə, sazan balığı şorbası, dəniz iti şorbası, bişmiş tərəvəzli mərmər mal əti entrekotu və Taiga daxildir.  

Qeyd edək ki, səhər saatlarında Kim Çen In “Vostochnı” kosmodromuna gəlib, burada Putinlə birlikdə “Anqara” kosmik raket kompleksinin buraxılış aparatının yığılması prosesini və “Soyuz-2” daşıyıcı aparatlarının xüsusiyyətləri ilə tanış olub. Daha sonra iki ölkə liderləri nümayəndə heyətləri çərçivəsində danışıqlar aparıblar. 

Gülayə Mecid