İranın müdafiə naziri briqada generalı Məhəmməd Rza Aştiyani Azərbaycan Respublikası ilə Ermənistan arasında gərginliyin artması ilə bağlı narahatlıqlar fonunda Qafqazda müharibənin başlanması ehtimalını istisna edib.

"Unikal"  "Tasnim" agentliyinə  istinadən xəbər verir ki, o, bu barədə Tehranda Nazirlər Kabinetinin iclası zamanı Qafqazdakı son hadisələrlə bağlı danışıb.  

İranın Bakı ilə İrəvan arasındakı gərginliklə bağlı “açıq” mövqeyini vurğulayan nazir deyib: "Biz inanırıq ki, regionda müharibə başlamayacaq. Müşahidə etdiyimiz proses onu göstərir ki, konkret heç bir hadisə baş verməyəcək”.

Xatırladaq ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Tehran Qafqazdakı vəziyyəti diqqətlə izləyir və sülh və təhlükəsizliyi təmin etmək üçün Ermənistan və Azərbaycan Respublikası ilə əlaqə saxlayır.

Gülayə Mecid